Məzmuna keç

Leysan yağışları İzmir küçələrini su altında qoydu –

Türkiyənin İzmir şəhərində yağan güclü yağışlar bir sıra fəsadlar törədib.

E-huquq.az "Haber Global"a istinadən xəbər verir ki, günorta saatlarından yağan leysan səbəbindən Konak, Karabağlar, Bayraklı, Buca və Bornovada bəzi küçələr su altında qalıb.

Tez-tez daşqınların baş verdiyi tarixi Kəməraltı bazarında kanalizasiya borularının tıxanması çətinliklərə səbəb olub.

Vəziyyət bazardakı sahibkarların işinə əngəl törədib.

"Bələdiyyənin apardığı təmir işləri hələ tamamlanmayıb. Hər yağış yağanda biz bu vəziyyətə düşürük. Mağazalarımızı su basır. Ümid edirik ki, illərdir yaşadığımız bu problem tezliklə həllini tapar", – deyə qeyd ediblər.

Eltac Nurullazadə