Avropa İttifqaqı Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda konfrans keçirəcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Türkiyədəki Nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrut bildirib.
Onun sözlərinə görə, konfransda müharibənin geosiyasi və iqtisadi nəticələri müzakirə olunacaq.
Meyer-Landrut konfransda Ukrayna hökumətindən də bir təmsilçinin dəvət ediləcəyini deyib. Həmçinin Türkiyədən də bir təmsilçinin Zirvədə iştirak edəcəyini, lakin həmin şəxsin kimliyinin hələ bəlli olmadığını qeyd edib.
Eltac Nurullazadə
