Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncərin adı doğulduğu Mardin şəhərindəki hava limanına verilib.
E-huquq.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı “Resmi Gazete”də dərc olunub.
Belə ki, Mardin Hava Limanının adı "Mardin Prof. Dr. Aziz Sancar Hava Limanı" olaraq dəyişdirilib.
Qeyd edək ki, Əziz Səncər elm sahəsində Nobel alan ilk türk alimidir. O, 2015-ci ildə bu mükafaya layiq görülüb.

Eltac Nurullazadə
