Məhkəmə ABŞ-da Çinə casusluq etməkdə ittiham olunan Ci Çaoqun barədə qərar verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, İllinoys Texnologiya İnstitutunda oxuyarkən Pekinə casusluqda ittiham olunub.
Məhkəmə Ci Çaoqunu Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin agenti kimi fəaliyyət göstərməkdə və xarici kəşfiyyat agentlikləri ilə əlaqələri barədə yalan məlumat verməkdə təqsirli bilib.
31 yaşlı Ji Çaoqun 8 il həbs cəzasına məhkum edilib.
İddiaya görə, Ji 2013-cü ildə ABŞ-a gəlməzdən əvvəl Çinin kəşfiyyat agentliyinin rəsmiləri tərəfindən hədəfə alınıb. O, tətil zamanı Çinə gedərkən həmin rəsmilərlə görüşüb və "ömrünün qalan hissəsini dövlət təhlükəsizliyinə həsr etməyə" razılıq verib. Prokurorun müavini Barri Conas məhkəmədə bildirib ki, Ci Tayvanda və ya Çində doğulmuş və elm-texnologiya sahəsində çalışan 8 ABŞ vətəndaşı haqqında bioqrafik məlumatları ələ keçirib. Daha sonra həmin məlumatları "imtahan sualları" adı altında elektron poçt vasitəsilə Çin kəşfiyyatına göndərib. Prokuror Cinin məzun olduqdan bir il sonra ABŞ Ordusunun Təminat Xidmətinə daxil olduğunu deyib.
Eltac Nurullazadə
