Məzmuna keç

On ayda Gömrük Komitəsi dövlət büdcəsinə 3,6 milyard manatdan çox vəsait köçürüb

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 645 milyon 325 min manat olub.

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 3 milyard 645 milyon 325 min manat olub.

Komitədən e-huquq.az-a bildirilib ki, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 909 milyon 323 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 482 milyon 65 min manat, aksizlər üzrə 217 milyon 320 min manat, yol vergisi üzrə isə 36 milyon 612 min manat təşkil edib.