Məzmuna keç

Nyu-Yorkda miqrant böhranı artmaqdadır

Meksika sərhədindən ABŞ-a gələn və sayı son illərdə rekord həddə çatan qeyri-qanuni miqrantların üzləşdiyi problemlər artmaqda davam edir.

E-huquq.az xarici mətbauta istinadən xəbər verir ki, Nyu-Yorkun Manhetten səmtindəki "Watson" otelinə yerləşdirilən 50 nəfərlik bir qrup mühacir yeni sığınacaqlara göndərilmə qərarını etirazla qarşılayıb. Bələdiyyədən verilən açıqlamada yeni sığınacaqların bütün digər yardım mərkəzləri kimi xidmət göstərəcəyi bildirilsə də, dünən gecədən etibarən immiqrantlar otelin qarşısında gözləyirlər. Onlar daha humanist şərait tələb edirlər.

Qeyd edək ki, Nyu-York meri Erik Adams yanvarın əvvəlində subay miqrant kişiləri ilkin yaşayış yerlərindən Bruklin bölgəsindəki sığınacağa köçürməyi planlaşdırdıqlarını açıqlamışdı.

Məlumat üçün bildirək ki, ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti (CBP) 2022-ci ilin dekabr ayında Meksika sərhədində saxlanılan qeyri-qanuni miqrantların sayının keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artaraq 251 487 nəfərə çatdığını açıqlayıb.

Eltac Nurullazadə