Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəklərini açıqlayıb.
E-huquq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis müqəddəs kitabların yandırılmasını cinayət əməli kimi qiymətləndirəcək.
"Qurani-Kərimin yandırılması əvvəlcədən planlaşdırılmış olsa, polis buna icazə verməyəcək. Bundan əlavə, əgər hərəkət aksiya zamanı, yaxud polisin diqqətini çəkən başqa bir vəziyyətdə baş verərsə, polis müdaxilə edəcək", – Polis rəsmisi Vesa Pihajoki bildirib.
Xəbərdə, həmçinin Finlandiya qanunvericiliyinin digər Skandinaviya ölkələrindən fərqli olaraq dini sabitliyi qoruduğu və bu sabitliyi pozanların cəzalandırıldığı qeyd olunub.
Eltac Nurullazadə
