Məzmuna keç

Fransada pensiya yaşının artırılmasına qarşı etirazların miqyası böyüyür

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasına qarşı keçirilən etiraz aksiyasına qoşulanların sayı artmaqda davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Parisdə keçirilən aksiyaya 100 minədək, ölkə üzrə nümayişlərə isə ümumilikdə 1,2 milyona qədər insanın qatılacağı gözlənilir.

Parisdəki aksiyada, həmçinin 1000-2000 "Sarı jiletlilər" fəalının iştirak edəcəyi güman edilir.

Qeyd edək ki, ölkənin baş naziri Elizabet Born Fransada 2030-cu ilə qədər pensiya yaşının 62-dən 64-ə qaldırılacağını və hökumətin bu məsələ ilə bağlı güzəştə getmək niyyətində olmadığını bəyan edib.

Eltac Nurullazadə