Məzmuna keç

Eyfel qülləsi bağlandı

Fransada pensiya yaşının artırılmasına görə keçirilən etiraz aksiyaları səbəbindən Eyfel qülləsi ziyarətçilərin üzünə bağlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Eyfel qülləsinin rəsmi "Twitter" səhifəsində bildirilib.

Qüllənin sabahadək bağlı olacağı qeyd olunub. Açıqlamada həmçinin, qüllənin qarşısındakı ərazinin yerli vaxtla saat 21:00-a qədər açıq və ödənişsiz olacağı qeyd bildirilib.

Qeyd edək ki, pensiya yaşının 62dən 64-ə qaldırılmasına etiraz olaraq təhsil, nəqliyyat, enerji və dövlət sektoru işçiləri tətilə çıxıb. Marsel, Tuluza və Aras kimi şəhərlərdə islahat əleyhinə nümayişlər başlayıb.

Eltac Nurullazadə