Türkiyədə rüşvət almaqda şübhəli bilinən prokuror həbs olunub.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hadisə Kocaeli şəhərində baş verib.
Məlumata görə, prokuror vətəndaşın şikayəti əsasında saxlanılıb. Saxlanılan şəxsin kimliyi açıqlanmayıb.
Faktla bağlı Kocaeli Polis İdarəsi və Gebze Respublika Prokurorluğunda araşdrıma aparılır.
Eltac Nurullazadə
