Məzmuna keç

İngiltərədə dəmiryol işçiləri tətilə başladı –

İngiltərədə dəmiryol işçiləri iş şəraitinin yaxşılaşdırılması tələbilə tətilə başlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, etirazlar sərnişindaşıma çətinliklərə səbəb olub.

Tətillə əlaqədar olaraq bu gün və sabah üçün bir çox qatar reysləri ləğv edilib. Sərnişinlərdən səfərdən əvvəl nəqliyyatla bağlı məlumatları yoxlamaq xahiş olunub.

Qatar Maşinistlərinin Həmkarlar İttifaqı əmək haqqı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmadığını və tətillərin miqyasının genişlənəcəyini bildirib.

Eltac Nurullazadə