Məzmuna keç

Fransada evsizlərin sayı son 10 ildə 130% artıb

Fransada kirayə qiymətlərinin artması səbəbindən mənzil problemi yaşayanların sayı 4 milyonu keçib, evsizlərin sayı isə 330 minə çatıb.

E-huquq.az xarici mətbuata istinadən bildirir ki, bu barədə "Abbe Pierre" Fondunun 2022-ci ildə ölkədə mənzil problemləri ilə bağlı illik hesabatında bildirilib.

Hesabatda ötən ildən ölkədə 4,15 milyon insanın mənzil problemi ilə mübarizə apardığı və ya zəruri şəraiti olmayan yerlərdə yaşadığı qeyd olunub.

Ümumilikdə, evsizlərin sayının 10 ildə 130 faiz artdığı vurğulanıb. Onlardan 200 mini təcili ehtiyac duyulan yaşayış yerlərində, 110 mini müvəqqəti sığınacaqlarda, 27 mini isə küçələrdə, metrolarda, çadırlarda və ya avtomobillərdə yatmağa məcbur olanlardır. Bildirilib ki, küçələrdə qadın və uşaqların sayının artması ciddi narahatlıq doğurur.

Hesabata əsasən, Fransada kirayə haqqını və kommunal xərcləri ödəyə bilməyən insanların sayı 12 milyonu keçib. Onların əksər hissəsi sığınacaqlarında istilik problemi yaşayır, digər hissəsi isə çox kiçik evlərdə yaşamaq məcburiyyətində qalıb.

Eltac Nurullazadə