Məzmuna keç

Misirdə xəstəxanada yanğın olub, ölənlər və yaralılar var –

Misirin paytaxtı Qahirədə xəstəxananın radiologiya şöbəsində yanğın baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər ölüb, 32 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Yanğın lokallaşdırılıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Eltac Nurullazadə