Məzmuna keç

Ekspert: “Putinin Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə bağlı planları var”

"Putinin Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə bağlı planları var. Rusiya cəbhədə fəallaşmağa, yeni hücuma keçməyə çalışacaq".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Vladislav Seleznev deyib.

"Hazırda Rusiya ordusu kəşfiyyat prinsipi ilə hərəkət edir, cəbhənin 4 istiqamətində – Limanski, Avdeyevski, Baxmutski və Uqledarskidə mövqelərə hücuma keçməyə çalışır. Rusiya generalları təşəbbüsü ələ keçirməyə çalışırlar”, – deyə ekspert qeyd edib.

Eltac Nurullazadə