Məzmuna keç

Borrell: “Aİ 30 min ukraynalı əsgərə təlim keçəcək”

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Aİ-nin Ukrayna ordusuna verdiyi dəstəkdən danışıb.

E-huquq.az xəbər verir ki, Borrell "France 24" televiziyasına müsahibəsində bildirib ki, Aİ təlim verdikləri Ukrayna əsgərlərinin sayını iki dəfə artırmaq niyyətindədir.

"İlkin məqsəd 15 min əsgər hazırlamaq idi. Polşada, Ukrayna sərhədindən çox da uzaq olmayan təlim mərkəzində oldum. Missiya irəliləyir və yaxşı işləyir. Missiyanın hazırlayacağı əsgərlərin sayını iki dəfə artırırıq", – deyə o qeyd edib.

Eltac Nurullazadə