Fransa Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi dəstək missiyası çərçivəsində Ukrayna hərbçilərinə təlim keçmək üçün Polşaya 150 təlimçi göndərəcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina bildirib.
Jasina "Twitter" səhifəsində etdiyi paylaşımda xatırladıb ki, Aİ 2022-ci ilin oktyabrında üzv dövlətlərdəki mərkəzlərdə 15 min əsgərə təlim keçmək məqsədi ilə Ukraynaya Hərbi Yardım Missiyasını təsis edib.
O bildirib ki, sözügedən missiya çərçivəsində iki əməliyyat komandanlığından birinin Polşada, digərinin isə Almaniyadadır.
Eltac Nurullazadə
