Son sutkada Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərində mülki hədəflərə 70-dən çox hücum həyata keçirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki,ötən sutka ərzində Ukrayna ərazisinə 4 raket və 5 hava zərbəsi endirilib. Hücumlar nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Qeyd olunurb ki, Rusiya Ukraynanın mühüm infrastrukturunu məhv etməkdə və mülki obyektlərə zərbələr endirməkdə davam edir.
Eltac Nurullazadə
