Ukrayna Hərbi Hava Qüvvələri son 24 saat ərzində Rusiya hərbçilərinin cəmləşdiyi ərazilərə dörd zərbə endirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.
"Son sutkada işğalçıların cəmləşdiyi ərazilərə dörd zərbə endirilib. Müdafiəçilərimiz Rusiyanın "Merlin" tipli PUA-nı da məhv ediblər", – deyə məlumatda qeyd olunub.
Eltac Nurullazadə
