Məzmuna keç

Niderlandda “Qurani Kərim”in yandırılmasına qarşı etiraz aksiyası keçirildi –

Niderlandda "Qurani Kərim"in yandırılmasına qarşı etiraz aksiyası keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, “Müsəlman nifrətinə qarşı ayağa qalxın” şüarı ilə keçirilən aksiyada xeyli sayda müsəlman iştirak edib.

Haaqadakı Narıncı Meydanda toplaşan etirazçılar nümayişin keçirildiyi Koekamp meydanına doğru yürüş ediblər.

Etirazçılar “Müsəlman nifrətini dayandırın. Quran bəşəriyyət üçün sülh manifestidir. Ona nifrət edənlər əllərini ondan çəksinlər” deyə şüarlar səsləndiriblər.

Eltac Nurullazadə