Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Ukraynada sülhün əldə olunması üçün həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyini bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Bir neçə həftə sonra Rusiya-Ukrayna müharibəsinin 1 ilinin tamam olacağını xatırladan Papa bu günə qədər Ukraynaya getməməsinin səbəbini açıqlayıb.
"Kiyevə getməmişəmsə, Moskvaya getmək mümkün olmadığı üçün idi, amma dialoqda idim. Əslində müharibənin 2-ci günü Rusiya səfirliyinə getdim və Moskvaya gedib Putinlə görüşmək istədiyimi bildirdim. Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrov dedi ki, buna sonra baxarıq. Mən hər iki tərəflər görüçməyə açığam", – deyə o qeyd edib.
Eltac Nurullazadə
