Türkiyənin səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ ilə əlaqədar olaraq 81 vilayətdən kifayət qədər sayda qrupların fəlakət bölgələrində axtarış-xilasetmə və tibbi xidmətləri davam etdirdiyini bildirib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, nazir bu barədə "Twitter" səhifəsində yazıb.
O, bölgədə hava və yerüstü təcili yardım maşınlarının xidmətdə olduğunu vurğulayıb.
"Hazırda koordinasiyanı zəlzələdən zərər çəkmiş vilayətlərdən biri olan Hataydan həyata keçiririk", – deyə F.Koca qeyd edib.
Eltac Nurullazadə
