Malatyada xüsusi təyinatlı polis qüvvələri 5 nəfəri dağıntılar altından çıxarıb.
E-huquq.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Xilas olunanlardan iki nəfərin uşaq olduğu bildirilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Son məlumatlara görə, güclü zəlzələ nəticəsində 1651 nəfər ölüb, 11 119 nəfər isə yaralanıb.
Eltac Nurullazadə
