Hakimlər və Prokurorlar Şurası Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı məhkəmələrə və prokurorluq orqanlarına müraciət edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Şuranın yaydığı məlumatda zəlzələdən əziyyət çəkən bölgələrdə məhkəmə və istintaq proseslərində iştirak edə bilməyən vəkillərə anlayış göstərilməsi və vəziyyətə həssaslıqla yanaşılması tapşırılıb.
Şuranın tövsiyəsinin bütün hakim və prokurorlara çatdırılmalı olduğu qeyd olunub.
Eltac Nurullazadə
