Ukrayna prezidenti Volodimir Zelenskiy Avropa İttifaqı liderlərinin sammitinə dəvət olunub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sözçüsü Barend Leyts öz "Twitter" hesabında yazıb.
O, Zelenskinin sammitdə şəxsən iştirak etməyə çağrıldığını deyib. B.Leyts Zelenskinin dəvəti nə vaxt qəbul edə biləcəyini açıqlamayıb və təhlükəsizlik səbəblərinə görə əlavə məlumat verilməyəcəyini bildirib.
Qeyd edək ki, Aİ-nin növbəti sammiti bu həftənin cümə axşamı və cümə günləri Brüsseldə keçiriləcək.
Lalə Salmanova
