Məzmuna keç

Yaponiyadan axtarış-xilasetmə qrupu Türkiyəyə yardıma gəldi

Yaponiya hökumətinin tapşırığı ilə 18 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələ bölgələrində aparılan işlərdə iştirak etmək üçün Türkiyəyə gəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupunun rəisi Hideaki Yamamoto Türkiyənin yanında olduqlarını bildirib.

O, zəlzələ nəticəsində həyatını itirənlərə görə kədərləndiklərini deyib və yaralılara şəfa diləyib.

Yamamoto zəlzələdən zərər görən ərazilərdə axtarış-xilasetmə işləri istiqamətində əllərindən gələni edəcəklərini deyib.

Eltac Nurullazadə