Türk Hava Yolları zəlzələdən zərər çəkmiş vilayətlərdən həyata keçiriləcək daxili birbaşa uçuşların fevralın 13-nə qədər pulsuz olmasına qərar verib.
E-huquq.az bu barədə "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yəhya Üstün sosial media hesabından açıqlama verib.
"Humanitar yardım materiallarının və axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə çatmasını təmin etmək üçün AFAD-ın koordinasiyası ilə fəaliyyətimizə davam etdiririk. Bu çərçivədə Adana, Diyarbəkir, Şanlıurfa, Elazığ, Kahramanmaraş, Malatya, Adıyaman, Qaziantep və Kayseridən olan tək istiqamətdə uçuşlar fevralın 13-dək ödənişsiz olacaq. Müvafiq reyslərimizdə sərnişinlərin nizam-intizamını təmin etmək üçün sərnişinlərdən xahiş edirik ki, hava limanlarına rezervasiya edərək gəlsinlər. Qeydiyyat üçün 0850 333 0 849 nömrəsinə müraciət etmək lazımdır", – deyə o qeyd edib.
Eltac Nurullazadə
