Məzmuna keç

Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadıldı

Ukrayna parlamenti Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ölkə ərazisində hərbi vəziyyət rejiminin daha 90 gün uzadılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

E-huquq.az xarici mətbuata xəbər verir ki, Parlamentdən verilən yazılı açıqlamada, Prezident Volodimir Zelenskinin fevralın 6-da ölkədə hərbi vəziyyət rejiminin 90 gün uzadılması ilə bağlı təqdim etdiyi qanun layihəsinin təsdiq edildiyi bildirilib.

Müvafiq olaraq, Ukraynada hərbi vəziyyət rejimi fevralın 19-dan daha 90 gün davam edəcək.

Qeyd edək ki, Zelenski Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq 24 fevral 2022-ci il tarixində hərbi vəziyyət elan etmişdi.

Eltac Nurullazadə