Ukraynadan 90 nəfərlik axtarış-xilasetmə qrupu humanitar yardım vasitələri ilə birlikdə Türkiyəyə yola düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupunun Ukrayna Fövqəladə Hallar Xidmətinin şəxsi heyəti olduğu bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdiyini və zəlzələ nəticəsində dünyasını dəyişənlərə görə başsağlığı verdiyini deyib.
"Baş verən fəlakətin öhdəsindən gəlmək üçün Türkiyəyə yardım göndərmək barədə qərarımızı cənab Ərdoğanın diqqətinə çatdırdım. Axtarış-xilasetmə qrupu tezliklə zəlzələdən zərər görən bölgəyə çatacaq", – deyə Ukrayna Prezidenti qeyd edib.
Eltac Nurullazadə
