Qazaxıstan Türkiyədə baş verən güclü zəlzələdə zərərçəkənlərə yardım məqsədilə 1 milyon dollar yardım ayırıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Qazaxıstan hökümətinin rəsmi açıqlamasında Prezident Kasım-Jomart Tokayevin Türkiyəyə təcili olaraq 1 milyon dollar ayrılması barədə göstəriş verdiyi bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, rəsmi qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir.
Lalə Salmanova
