"Apple" və "Google" Türkiyə və Suriyada zəlzələ nəticəsində yaralanan şəxslərin müalicəsinə dəstək göstərəcək.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, hər iki şirkət zəlzələ bölgəsinə maddi yardım göndərəcəklərini açıqlayıb.
"Apple" şirkətinin baş direktoru Tim Kuk sosial media hesabında bununla bağlı paylaşım edib: "Türkiyə və Suriya xalqına başsağlığı veririk. "Apple" yardım və xilasetmə işlərinə maddi dəstək göstərəcək".
"Google"un ana şirkəti olan "Alphabet"in baş direktoru Sundar Piçai də zəlzələdən zərər çəkənlərin kədərinə şərik olduqlarını və axtarış-xilasetmə əməliyyatlarına dəstək olacaqlarını deyib.
Lalə Salmanova
