Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfərə gedib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisindən bildirilib.
Məlumata görə, Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşüb. Görüş zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət müzakirə olunub. Həmçinin müdafiə sahəsində əməkdaşlıq və ikitərəfli gündəliyə dair bir sıra məsələlərin müzakirə olunduğu bildirilib.
Zelenski ölkəsinə edilən dəstəyə görə R.Sunaka təşəkkür edib.
Eltac Nurullazadə
