Türkiyədə zəlzələ bölgəsində məhkəmə proseslərinin müddəti 15 gün uzadılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
"Zəlzələ baş verdiyi gündən etibarən məhkəmə proseslərini 15 gün uzadırıq. Məqsəd zəlzələ bölgəsindəki vəkillər kollegiyalarında qeydiyyatda olan vəkillərin müştərilərinin hüquqlarının pozulmamasıdır", – deyə nazir qeyd edib.
Eltac Nurullazadə
