Məzmuna keç

8 yaşlı qızla xilasedicilərin dialoqu –

Kahramanmaraşda dağıntılar altında qalan 8 yaşlı Zübeyde axtarış-xilasetmə qrupu tərəfindən xilas edilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, xilasedicilərlə Zübeydə arasındakı dialoq hər kəsi güldürüb.

Belə ki, olanlardan xəbərsiz uşağın, “Evə necə girdiniz?”, – sualına xilasedicilər, “Pəncərədən girdik”, – cavabını verib və aralarındakı dialoq onların gülümsəməsinə səbəb olub.