Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələ zamanı xəsarət alan körpələrə baş çəkib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərdən Ankaranın Etlik Şəhər Xəstəxanasına gətirilən 16 körpəni ziyarət edib.
Əminə Ərdoğana körpələrin səhhəti ilə bağlı məlumat verilib. Körpələri bir-bir qucağına alıb onlara qayğı göstərən Əminə Ərdoğan kövrəlib.
O, xəstəxanada körpələrə qulluq edən Ailə və Sosial Xidmətlər Nazirliyinin himayədar anaları ilə də söhbət edib.
Xəstəxanaya ziyarəti ilə bağlı sosial media səhifəsində paylaşım edən birinci xanım, “Prezidentimizin göstərişi ilə Kahramanmaraşdan Ankaraya gətirilən körpələrin vəziyyətinin yaxşı olması ümidlərimizi bir az da olsa artırdı. Onlar etibarlı əllərdədirlər. Bu körpələrin müalicəsi ilə bağlı prosesləri izləyəcəyəm. Təbii fəlakətdən əziyyət çəkən bütün balalarımızın şad xəbərlərini almağa ümid edirəm, yaralı balalarımıza tezliklə şəfa diləyirəm”, – deyə qeyd edib.
Eltac Nurullazadə
