Məzmuna keç

Kahramanmaraşda dağıntılar altında qalan ailə 73 saat sonra xilas edildi –

Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində dağılmış binaların qalıqları altında axtarış-xilasetmə işləri davam edir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 mərtəbəli binanın dağıntıları altından səs eşidildikdən sonra Sakarya Böyükşəhər Bələdiyyəsi və İsparta Bələdiyyəsinin xilasetmə qrupları bölgəyə göndərilib.

Uzun sürən axtarış işlərindən sonra 55 yaşlı Əli, həyat yoldaşı 40 yaşlı Zelal və 5 yaşlı qızları Mir Berzan Bağış xilas edilib.

Zəlzələdən 73 saat sonra xilas edilən yaralı ailə üzvləri təcili yardımla xəstəxanaya aparılıb.

Eltac Nurullazadə