Məzmuna keç

Çin Türkiyəyə 59 nəfərlik xilasetmə qrupu göndərdi

Çin Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etmək məqsədilə 59 nəfərlik xilasetmə qrupu göndərib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər İstanbula yola düşüb. Qrupa yanğınsöndürmə briqadasının rəis müavini Yiu Men-yeunq rəhbərlik edib. Canlı qüvvə ilə bərabər, zəlzələ bölgəsinə 8 ton yardım ləavzimatı göndərilib.

Türkiyənin Honq-Konqdakı baş konsulu Peyami Kalyoncu komandanı hava limanından yola salaraq onlara təşəkkürünü bildirib: "Onlara uğurlar diləyirəm. Zaman qiymətlidir, bölgədəki hava şəraiti əlverişsizdir. Onların işi heç də asan olmayacaq. Amma yenə də onlardan yaxşı xəbərlər eşitməyə ümid edirik”.

Eltac Nurullazadə