Tayvan Prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai bir aylıq maaşlarını Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün bağışlayacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tayvan Prezidenti Ofisinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, bu addım Türkiyədə zəlzələ bölgəsinin mümkün qədər tez bərpasına kömək etmək üçün atılıb. Həmçinin, Tayvanın zəlzələ bölgəsinə 2 milyon dollar yardım ayırdığı və axtarış-xilasetmə işlərinə dəstək üçün iki xilasetmə qrupu göndərdiyi vurğulanıb.
Qeyd edək ki, Tayvan Prezidentinin aylıq maaşı isə 13300 dollar civarındadır.
Xatırladaq ki, ötən il Tsai İnq-ven və Uilyam Lai bir aylıq maaşlarını Ukraynaya humanitar dəstək üçün bağışlamışdı.
Lalə Salmanova
