Suriyada güclü zəlzələ nəticəsində uçan binanın dağıntıları altında dünyaya gələn körpəni övladlığa götürmək üçün minlərlə insan müraciət edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aya adı verilən körpənin müalicə aldığı xəstəxananın direktoru Attiah Xalid məlumat verib.
Onun sözlərinə görə, dünyanın hər yerindən körpəni övladlığa götürmək istəyən insanlar zəng edirlər.
“Heç kimin onu övladlığa götürməsinə icazə verməyəcəyəm. Uzaq qohumları qayıdana qədər ona öz övladım kimi baxacağam”, – deyə A.Xalid bildirib.
Qeyd edək ki, körpənin, anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib.
Səhiyyə Nazirliyininn yaydığı son məlumatlara görə, Suriyada zəlzələ qurbanlarının sayı 3 162 nəfərə çatıb. Təbii fəlakət zamanı daha 2 200 nəfərdən çox insan yaralanıb.
Lalə Salmanova
