Məzmuna keç

Zəlzələdən 103 saat sonra dağıntılar altından sağ çıxarıldı –

Qaziantepdə baş verən zəlzələdən 103 saat sonra bir nəfər dağıntılar altından xilas edilib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupu dağılan binanın altından səs gəldiyini eşidiblər.

Dərhal hərəkətə keçən xilasedicilər 10 saat davam edən əməliyyat nəticəsində 66 yaşlı Murat Vuralı xilas edə biliblər.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Lalə Salmanova