Məzmuna keç

Azərbaycanın xilasediciləri 15 yaşlı qızı dağıntılar altından sağ çıxardı –

Azərbaycanlı xilasedicilər Kahramanmaraşda 15 yaşlı qızı zəlzələdən 103 saat sonra binanın dağıntıları altından çıxarıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) axtarış-xilasetmə qrupu 15 yaşlı Ayşə Mustafanı dağıntılar altından xilas edə bilib.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı xəstəxanaya aparılıb.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

Lalə Salmanova