Türkiyədə baş verən güclü zəlzələnin dağıntıları altından xilas edilən 162 kimsəsiz uşaq xəstəxanalarda müalicə olunur.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, müalicəsi tamamlanan 101 uşaq qurumun nəzarətinə verilib.
Həmçinin qeyd olunub ki, müraciət əsasında 18 uşaq ailəsinə təhvil verilib.
Lalə Salmanova
