Moldova Baş naziri Natalya Qavrilita istefa verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qavrilita bu gün keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, Natalya Qavrilitanın rəhbərlik etdiyi hökumət 2021-ci ilin avqustunda fəaliyyətə başlayıb. Bu müddət ərzində Ekologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində islahatlar aparılıb.
