Məzmuna keç

Türkiyədə universitetlər onlayn təhsilə keçdi

Yaya qədər Türkiyə universitetlərində təhsil onlayn olacaq.

E-huquq.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdəki Kayapınar Selahahattin Eyyubi Şəhər Meydanına səfəri zamanı bildirib.

“Universitetlərimizin hamısının yataqxanaları zəlzələdən əziyyət çəkənlərə xidmət edəcək. Dövlətimiz bütün imkanları səfərbər edib” – Ərdoğan deyib.