Məzmuna keç

Yunanıstanın xarici işlər naziri Türkiyəyə gəldi

Yunanıstanın xarici işlər naziri Nikos Dendias episentri Türkiyənin Kahramanmaraş vilayətində olan zəlzələlərdən sonra genişmiqyaslı dağıntıların baş verdiyi Adana şəhərinə gəlib.

E-huquq.az xəbər verir ki, göyərtəsində Yunanıstan xarici işlər naziri olduğu təyyarə Şakirpaşa hava limanına eniş edib, qonağı türkiyəli həmkarı Mövlud Çavuşoğlu qarşılayıb.

Nazirlər hava limanında mətbuata qapalı görüş keçiriblər.