Məzmuna keç

İran Türkiyədə zəlzələ bölgəsinə 1000 çadır göndərdi

İran Türkiyədə zəlzələlərdən zərər çəkmiş bölgələrə 1000 çadır göndərib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin saytında məlumat verilib.

Məlumata görə, Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kulivend və Axtarış-Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi də yardım təyyarələri ilə Türkiyəyə gedib.

Kulivend zəlzələ bölgəsində İranın yardım qruplarına baş çəkəcək və çadırların qurulmasını yerində izləyəcək.

Qeyd edək ki, zəlzələlərdən sonra İran 126 nəfərlik heyətlə birgə Türkiyəyə 26 ton tibbi və humanitar yardım göndərib.

Hazırda İranın axtarış-xilasetmə və tibbi personalı Qaziantepdə fəaliyyət göstərir.

Lalə Salmanova