Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Başakşehirdə Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alan zəlzələdən zərərçəkənləri ziyarət edib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralılara şəfa diləyən Ərdoğan onların səhhəti ilə bağlı həkimlərdən məlumat alıb.
Türkiyə Prezidentini səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan, İstanbul valisi Əli Yerlikaya və İstanbul Səhiyyə Müdiri Kemal Memişoğlu müşayiət edib.
Lalə Salmanova
