Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar bütün mövcud resursların səfərbər edilməsi barədə göstəriş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin sözçüsü Li Do-vun zəlzələlərdən sonra həyata keçirilən yardım tədbirləri ilə bağlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Prezident daha çox yardım göndərmələrini və görülən işlər barədə Türkiyə tərəfi ilə tez-tez müzakirə aparmalarını aidiyyəti qurumlara tapşırıb.
Lalə Salmanova
