Türkiyədə zəlzələdə yaralanan 44 nəfər Adanadan təyyarə ilə Ankaraya aparılıb.
E-huquq.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Məlumata görə, yaralılar Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsi, Türkiyə Hərbi Hava Qüvvələrinin CASA tipli təcili yardım təyyarəsi və Norveçin C-130 hərbi-nəqliyyat təyyarəsi ilə aparılıb.
Xəsarət alanlarn müalicəsi Akkarada davam etdiriləcək.
Lalə Salmaova
