Güclü zəlzələnin baş verdiyi Kahramanmaraşın Dulkadiroğlu rayonunda 198 saat sonra 2 qardaş dağıntılar altından çıxarılıb.
E-huquq.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Uzun sürən axtarış-xilasetmə əməliyyatları nəticəsində 17 yaşlı Məhəmməd Enes Yeninar və qardaşı 21 yaşlı Baki Yeninarı dağıntılar altından sağ çıxarmaq mümkün olub.
Yaralı qardaşlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Lalə Salmanova
