"Biz bu fəlakətin yaralarını millətimizlə əl-ələ verib ən qısa zamanda sağaldacağıq".
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş güclü zəlzələnin fəsadları barədə danışarkən deyib.
O, 100-dən çox ölkədən dəstək və başsağlığı mesajları aldıqlarını bildirərək göstərilən yardımlara görə təşəkkür edib.
"Gecə-gündüz millətimiz üçün yardım toplayan, axtarış-xilasetmə işlərinə dəstək olan, dualarında bizi unutmayan bütün dost və qardaş ölkələrə bir daha təşəkkür edirəm. Bu çətin gündə göstərdiyiniz dostluğu heç vaxt unutmayacağıq. Bu fəlakət beynəlxalq həmrəyliyin nə qədər vacib olduğunu bir daha göstərdi", – deyə Türkiyə Prezidenti vurğulayıb.
Lalə Salmanova
